XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 10:58

Birdəfəlik ödəmə alanların cins və yaş qrupları üzrə statistikası açıqlandı- Rəsmi

“Birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır”. 

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir.

Nazirin sözlərinə görə, həmin şəxslərdən 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30 yaş arası, 25 faizi 30-40 yaş arası, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır.