XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2020 - 16:20

Azərbaycanda indiyədək 2127 nəfər koronavirusa yoluxub- 1536 nəfər sağalıb, 28 nəfər vəfat edib

Hazırkı dövrədək Azərbaycanda 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169.790 test aparılıb.