XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 21:01

Bələdiyyə torpaqlarının müsabiqə və hərraclarının keçirilmə vaxtı açıqlanıb- Dövlət Komitəsi

Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin mayın 4-dən yumşaldılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını nəzərə alaraq, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarda 29 mart, 2 aprel, 9 aprel, 16 aprel və 23 aprel tarixlərində təxirə salınmış torpaq müsabiqə və hərraclarının mayın 14-də keçirilməsi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil ediləcək.

Bu barədə Azərtac-a Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.