XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 07:28

Prezident İlham Əliyev: “Anladıq ki, enerji resursları davamlı inkişaf üçün yetərli olmayacaq”-Çıxış

ilham forum.jpg

“Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır. Biz əslində tarixi İpək Yolunu bərpa edir, mühüm dəmir yolunu tikirik. Tarixi İpək Yolu məhz Azərbaycan ərazisindən keçirdi”.

Bunu Bakıda keçirilən III ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. (APA)

Dövlət başçısı bildirib ki, Azərbaycanın bütün layihələri sosial inkişafa, xalqlar arasında əməkdaşlığın inkişafına yönəlib: “Bizim səylərimiz beynəlxalq ictimaiyyət tərəfindən də dəyərləndirilir. Sevindirici haldır ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Həmin 155 dövlətin hamısı ilə fəal əlaqəmiz olmasa da, müstəqillik dövründə gördüyümüz işlər ölkəmizə müsbət münasibəti əsaslandırdı”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi islahatlara sadiqdir: “Anladıq ki, enerji resursları davamlı inkişaf üçün yetərli olmayacaq. Ona görə də azadlıqlar diqqət mərkəzimizdədir. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur, din azadlığı var. Bu, bizim inkişafımız üçün əsasdır”.

Dövlət başçısı Azərbaycanın iqtisadi müstəqilliyinin olduğunu da diqqətə çatdırıb: “Donorlardan asılı deyilik, ianələr, yardımlar gözləmirik. Azərbaycanın enerji təhlükəsizliyini təmin etmişik, indi də başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə veririk”.

Prezident bildirib ki, Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz civarındadır: “ölkəmiz rəqabətə davamlılıq baxımından 38-ci yerdədir. Biz müxtəlif layihələrə başlamışıq. Humanitar sahə də diqqət mərkəzindədir. Hər il Bakıda humanitar forum, dini liderlərin sammitini keçiririk”.