Gürcüstan ərazisinə daxil olacaq hər bir şəxs ciddi yoxlamadan keçiriləcək.
Bu barədə ölkənin baş naziri Giorgi Qaxaria məlumat verib.
Hökumət başçısı bununla bağlı Səhiyyə Nazirliyinə göstəriş verdiyini deyib: “Turizmin bərpası üçün əsas məqamlardan biri sərhəd məsələsidir. Həm quru, həm də hava sərhədi vasitəsilə Gürcüstana daxil olacaq hər bir şəxs ciddi yoxlamadan keçiriləcək”.
O deyib ki, sərhəddə şəxslərin yoxlanılması üçün Səhiyyə Nazirliyinin imkan və texnologiyaları var.
Qeyd edək ki, Gürcüstan iyulun 1-dən sərhədlərini açmaq və xarici turistləri qəbul etməyə hazır olacaq/Report.