XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 11:09

İcra məmurlarının fəaliyyətini yoxlayan şəxslərəyeni nəzarət səlahiyyətləri verildi

nazirler-kabineti

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişiklik edilib.

İndiyədək mövcud olan qaydaya görə, icra ilə əlaqədar icra məmurlarının fəaliyyətini yoxlayan şəxs ictimai işlər növündə, cərimə növündə cəzanın icrası, müəyyən vəzifətutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəzanın icrası, islah işləri növündə cəzanın icrasına baxan icra məmuru tərəfindən qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsini, icra məmurları tərəfindən şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkumlara nəzarətin həyata keçirilməsini yoxlayırdı.

Yeni dəyişikliklərlə icra məmurlarının fəaliyyətini yoxlayan şəxsə yeni vəzifə verilir. Belə ki, həmin şəxs həm də azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə də nəzarətin həyata keçirilməsini yoxlayacaq.