ABŞ prezidenti Donald Trampın köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub.
Bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Hidliyə istinadən CNN bildirib.
Qeyd edilir ki, prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur. O, Trampa və ailəsinə çox yaxın şəxsdir.
Nəşrin məlumatına görə, ABŞ lideri kamerdinerinin COVID-19 testinin müsbət nəticəsi haqqında bildikdə məyus olub/Report.