XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2020 - 10:57

“Bu ilin əvvəlində istifadəçilərə qarşı fırıldaqçı hücumların sayı on qat artıb”- “Kaspersky”

İnternetdə “skamlar”ın, yəni fırıldaqçılıq hücumlarının sayı artıb.

“Report” xəbər verir ki, bu barədə “Kaspersky” şirkətinin açıqlamasında bildirilir.

Məlumata görə, 2019-cu ilin ilk rübü ilə müqayisədə 2020-ci ilinin müvafiq dövründə fırıldaqçı mənbələrin sayı iki dəfə çoxalıb. Şirkətin mütəxəssisləri təxminən 10 min bu cür səhifə aşkarlayıb. Eyni zamanda,  istifadəçilərin bu cür saytlara keçid cəhdlərinin sayı da təxminən on dəfə artıb və demək olar ki, 15 milyona çatıb.

“Skam” və yaxud fırıldaqçılıq, istifadəçilərə anket doldurmaq və yaxud səsvermədə iştirak etmək qarşılığında böyük pul mükafatının vəd edildiyi saxta xəbər bülletenləri və elanlardır. Pulu əldə etmək üçün şəxs “komissiya” və ya “müəyyən ödəniş” ödəməlidir. Bu ödənişlər adətən az miqdarda olur. Lakin istifadəçi bunun qarşılığında heç bir pul əldə etmir və “komissiya” fırldaqçıların cibinə gedir. Bundan əlavə, şəxs kart məlumatlarını daxil edərsə, ödəniş məlumatlarının təhlükəsizliyini riskə atır.

“Skam”, ötən il onlayn fırıldaqçıların əlində çox məşhur bir sxemə çevrilib. Bu ilki rəqəmlər təcavüzkarların dayanmaq niyyətində olmadığını göstərir. İnsanları tovlamaq üçün çox vaxt sxemlərində iri şirkətlərin və məşhur insanların adlarından istifadə edir, həmçinin cari xəbərlərə istinad edirlər. Təcavüzkarlar banklar, pensiya fondları, məşhurlar və lotereya adı altında özlərini maskalaya bilərlər. “Kaspersky” mütəxəssisləri mart ayında internetin rusdilli seqmentində istifadəçilərə koronavirusla əlaqədar müxtəlif kompensasiyaların verildiyini bildirən mesajlar müşahidə ediblər ki, bunun üçün yalnız kiçik bir komissiya ödəmək lazım idi. İstifadəçiləri internetdən rastlaşdıqları hər hansı bir məlumatı, o cümlədən böyük brendlərdən gələn səxavətli təklifləri yoxlamağa çağırırıq”, – “Kaspersky”nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.