XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 11:30

Nazirlik Baş Prokurorluğa müraciət etdi- 21 milyon manatlıq yeyinti ilə bağlı

Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturuna daxil olan qurumlarda daxili nəzarət, audit tədbirləri və inventarlaşma tədbirləri həyata keçirilib ki, bu tədbirlər nəticəsində 21,5 mln. manat vəsait itkisi aşkar olunub, onlardan 7,1 mln. manatı bərpa olunub, 14,4 mln. manatının tutularaq bərpa edilməsi üçün tədbirlər görülüb.

Bu, ƏƏSMN-nin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, bu hallarla bağlı 556 nəfər barəsində intizam tənbeh tədbiri görülüb, cinayət tərkibi ehtimal olunan 28 xidməti araşdırma üzrə materiallar Baş Prokurorluğa təqdim olunub.