XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 13:07

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb –ƏƏSMN

2019-cu ildə dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 27404 nəfər ilkin əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq hesab edilib.

Bu isə əvvəlki illə müqayisədə 22% çoxdur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.

Qeyd edilib ki, onlardan 18609 nəfəri ilkin əlilliyi olan şəxs (keçən illə müqayisədə 10% çox), 8795 nəfəri ilkin sağlamlıq imkanları məhdud uşaq (keçən ilə müqayisədə 59% çox) hesab ediliblər.

İlkin əlilliyi olan şəxs hesab edilənlərdən I dərəcə üzrə şəxslərin sayı 3004 nəfər, II dərəcə üzrə 10378 nəfər, III dərəcə üzrə 5227 nəfər olub ki, bu da keçən illə müqayisədə müvafiq olaraq I dərəcə üzrə 37% çox, II dərəcə üzrə 7% az və III dərəcə üzrə isə 51% çox olub.