XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 16:59

GUAM Şuşanın işğalını pisləyib

Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyib.

Bu barədə təşkilatın katibliyinin yaydığı bəyanatda deyilir.

“Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində müstəqilliyi və suverenliyini dəstəklədiyimizi bir daha bildiririk”, – qurumdan bildirilib.

Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.