XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 18:34

Ötən il aliment borcunu ödəməyən 2011 şəxs həbs edilib –Ədliyyə Nazirliyi

2019-cu il ərzində yerli icra qurumlarının icraatında alimentin tutulması ilə bağlı 92.350 icra sənədi olub.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu dövrdə aliment borcunu qərəzli olaraq ödəmədiyi üçün 2.011 şəxs inzibati qaydada həbs edilib.

2019-cu il ərzində aliment borcu ilə əlaqədar yeri məlum olmayan 3.509 şəxs axtarışda olub. 2019-cu ilin sonuna isə icraatda 80.673 aliment işi qalıb.