XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2020 - 11:32

Azərbaycanda ötən gün karantin rejimini pozan 739 sürücü cərimələnib

Ötən gün respublika yollarında karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.05.2020-ci il saat 00:00-dan 09.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.