Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, ötən gün səhər saatlarında Heydər Əliyev prospektində yaşayan, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun küçədə meyiti tapılıb.
Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, araşdırmalar zamanı X. Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.