XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2020 - 09:44

Moskvada koronavirus:son sutkada 58 nəfər dünyasını dəyişib

Moskvada son sutka ərzində koronavirusdan 58 nəfər ölüb.

Bu barədə Moskvada yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, ölən bütün xəstələrdə eyni zamanda sətəlcəm diaqnozu da müəyyən olunub.

Paytaxtda təsdiqlənmiş koronavirusdan ölənlərin ümumi sayı 1068 nəfərə çatıb.

Xatırladaq ki, Rusiyada ümumilikdə 198 676 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 31 916 nəfəri sağalıb. Yeni virusun qurbanlarının ümumi sayı isə 1827 nəfərdir. /APA