XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2020 - 11:00

Gürcüstanda koronavirus:yoluxanların sayı 635-ə çatdı

Gürcüstanda daha 9 nəfər koronavirusa yoluxub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 635 nəfərə çatıb.

İndiyədək qonşu ölkədə virusa yoluxanların 309-u müalicə olunaraq sağalıb, 10-u dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 4 717, stasionar nəzarətdə isə 452 nəfər saxlanılır.