XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

11 May 2020 - 12:59

Sabah hava necə olacaq? –Proqnoz

Bakıda və Abşeron yarımadasında mayın 12-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq.

ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 9-11° isti, gündüz  18-21° isti, Bakıda  gecə 9-11° isti, gündüz  18-20° isti olacaq.

Atmosfer  təzyiqi 765 mm civə sütunundan 762  mm civə sütununa enəcək. 

Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 5-10° isti, gündüz  21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz  8-13° isti olacaq.