XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2020 - 10:34

Gürcüstanda koronavirusa yoluxanların sayı 639-a çatıb

Son sutka ərzində Gürcüstanda yalnız 1 nəfərdə yeni növ koronavirusa (COVID-19) yoluxma təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.gov.ge” xüsusi internet saytında bildirilib. Bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 639-a çatıb.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus səbəbi ilə 4769 nəfər karantində saxlanılır, 414 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 349-u sağalıb, 11-i isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 26-da təsdiqlənib/APA.