XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 11:24

Rusiyalı Olimpiya çempionu koronavirusa yoluxub –Yevgeni Tişenko karantinə alınıb

Rusiyalı boksçu Yevgeni Tişenko koronavirusa yoluxub.

Məlumata görə, 2016-cı ildə Braziliya keçirilən Rio-de-Janeyro Olimpiya Oyunlarının çempionu olan həkimlərə özü müraciət edib.

91 kq çəki dərəcəsində qızıl medal qazanan boksçunun analizi koronavirus olduğunu təsdiqləyib. O, həkimlərin nəzarəti altında evdə karantinə alınıb. Onda koronavirusun yüngül forması aşkarlanıb.

Qeyd edək ki, Tişenko 2015-ci ildə dünya, 2015 və 2017-ci illərdə Avropa çempionu olub. O, peşəkar rinqdə 7 qələbə qazanıb/APA.