XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 13:21

Sabah hava necə olacaq? –Proqnoz

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Strateq.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 10-14° isti, gündüz 19-23° isti, Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər .

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.