XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 20:50

Ağ Ev hər gün jurnalistləri Covid-19-la bağlı testdən keçirəcək –Açıqlama

Ağ Ev yeni növ koronavirus (Covid-19) infeksiyası səbəbi ilə əraziyə daxil olan bütün jurnalistlərə hər gün virus testi aparılacağını açıqlayıb.

Trend-in məlumatına görə, prezident Donald Tramp və prezident köməkçisi Mayk Pensə yaxın olan adamlarda Covid-19 təsbit edilməsindən sonra bu qərara gəlinib.

İnfeksiyanın ilk dönəmlərində jurnalistlərin sayını məhdudlaşdıran Ağ Ev bu gün verdiyi qərarla əraziyə gələn bütün jurnalistlərin testdən keçiriləcəyini bəyan edib.

Ağ Ev sözçüsünün müavini Cudd Diri açıqlamasında “Ağ Evin ərazisindəki hər kəsin sağlamlığı üçün buraya gələn jurnalistləri günlük olaraq test etməyi düşünürük” ifadəsini işlədib.