XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 12:26

Gəray Gəraybəyli:"Təəssüf ki, insanlar hələ də koronavirusa yüngül hal kimi yanaşırlar"

“Pandemiya hər zaman onu yaşayan cəmiyyət üçün stressdir. Belə gərgin durum istər-istəməz insanların psixologiyasına təsir edir”. 

APA xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli bildirib. Onun sözlərinə görə, insanların psixoloji durumu tam fərqli olduğuna görə, onların bu cür situasiyalara reaksiyası da müxtəlif olur: “Belə dövrlərdə insanlar əsasən iki psixoloji qrupa bölünür: virusdan qorxanlar və onun varlığını inkar edənlər. Məsələn, həddindən artıq həssas, tez həyəcanlanmağa meylli insanlar qorxuya düşürlər. Həkim kimi deyə bilərəm ki, bu qrupa aid insanlarda belə dövrdə həddən artıq narahatlıq yaranır, həyəcanlanmaları kəskinləşir. Bu hal xüsusilə də müxtəlif xəstəliklərdən qorxan insanlarda müşahidə edilir.

Digər psixoloji qrupa aid insanlar isə pandemiyaya əks reaksiya verənlərdir. Yəni, onlar düşünürlər ki, belə bir virus yoxdur, bunların hamısı boş söhbətlərdir, bu, adi soyuqdəymədir. Sanki həmin insanlar reallığı inkar edir. Bütün dünya bu barədə danışsa da, yalnız onlar reallığı qəbul etmirlər. İstər birinci, istərsə də ikinci psixoloji hal insanın davranışına təsir edir”.