XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 16:47

Bakı Qlobal Forumunda Suriya müzakirəsi:Türkiyə və Xorvatiya Moskvanı ittiham etdi

 

forum

IV Qlobal Bakı Forumu çərçivəsində “Suriya Naminə Qlobal Məsuliyyət: fəalyyət planına doğru” mövzusunda panel iclası keçirilib.

“Report”un məlumatına görə, panel iclasının moderatoru İsveçin Suriyadakı səfiri Peter Semnebi bildirib ki, Suriyadakı məsələlər göstərir ki, heç bir siyasi güc belə ağır münaqişəni sona çatdırmaq iqtidarında deyil: “Beynəlxalq siyasətin çoxqütübləşməsinin, Qərb gücləri koalisiyasının uğursuzluğu bu məsələdə yeni diplomatik oyunçuların maraqları ilə güzəştə getmək zərurəti yaradıb”.

Panel iclasında çıxış edən İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini vurğulayıb ki, Suriyada baş verən böhran insanlığın tənəzzülünə gətirib çıxara bilər: “Bu bir insan dramıdır. Əgər söhbət insandan gedirsə, burada sayın heç bir əhəmiyyəti yoxdur. Fərqi yoxdur ki, nə qədər insan bu müharibənin qurbanı olur. Əsas odur ki, burada insan ölür. Biz bu hadisələrə kənardan baxmamalıyıq. Əgər dənizdə bir nəfər də olsa uşaq ölürsə bu artıq kifayyət etməlidir ki, dünyanı şoka salsın”.

Kanadanın sabiq baş naziri Jan Çretien bildirib ki, əsas problem Suriya qaçqınları problemidir: “Kanada 25 min suriyalı qaçqın qəbul edib və hələ də qəbul edir. Türkiyədə qeyri- adi faciə baş verməkdədir. Bura daha çox qaçqın axını var. Qaçqınların əksəriyyəti Türkiyədən keçib Avropaya üz tutur. Maraqlısı budur ki, ABŞ heç bir qaçqın qəbul etmir. Biz Kanada olaraq qaçqınları qəbul edirik və bundan sonra da qəbul edəcəyik”.

Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç panel iclasında qeyd edib ki, burada iki əsas problem var və bu problem bütün dünyanı düşündürür: “Burada əsas problem ilk olaraq Bəşər Əsədi hakimiyyətdən kənarlaşdırmaq və Rusiyanın bu ölkənin daxili işlərinə qarışmasının qarşısını almaqdır. Çünki Suriya böhranı zorakılıqlarla nəticələnir. Elə bir zorakılıq ki, hələ 1-ci Dünya mühaibəsindən sonra dünya belə bir zorakılğın şahidi olmayıb. Suriyada olan bütün xristian dini icmalar Bəşər Əsədi dəstəkləyir. Amma qərar qəbul edənlər çalışırlar ki, B.Əsədi hakimiyyətdən kənarlaşdırsınlar”.

Livanın sabiq prezidenti Amine Gemayel vurğulayıb ki, Suriyanın daxili işlərinə kənaradan müdaxilənin qarşısı alınmalıdır: ”Bu gün Livanda olan iqtisadi tənəzzül birbaşa Suriya böhranı ilə bağlıdır. Suriyaya kənar müdaxilələrin qarşısı alınmasa, böhranın daha da geniş miqyas alması ilə nəticələnə bilər. Bu gün Suriyanın daxili ilərinə təkcə Rusiya deyil, İran tərəfinin də müdaxiləsi var. Çünkü burada sünnü-şiyə münasibətləri vətəndaş müharibəsinin əsasını təşkil edir”.

Rusiyanın Suriyada əsas gücə çevrildiyini deyən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Suriya böhranının bütün dünya üçün sınaq olduğunu bildirib. O qeyd edib ki, Bəşər Əsədin güclü ordusu olsa da Rusiya və İran tərəfinin dəstəyi danılmaz faktdır: “Bu gün Rusiya Suriyada əsas gücə çüvrilib. Əvvəllər Rusiyanın adı heç çəkilmirdi. Bu gün dünyann güc dövlətlərinin ən böyük səhvidir ki, Rusiya Suriaynın daxili işlərinə birbaşa müdaxilə edə bilir. Suriya böhranı nəticəsində 271 min insan öldürülüb ki, bunun da 13 mini uşağdır. Milyonlarla insan qaçın düşüb ki, onlardan 3 milyonu Türkiyəyə, 1.5 milyonu Livana, 800 mini isə İordaniyaya üz tutub”.