XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 18:36

Hikmət Hacıyev:“Azərbaycana qayıtmaq istəyənlərin sərhədə toplaşması çıxış yolu deyil”

“Vətəndaşlarımızın xaricdən gətirilməsi zamanı ölkədaxili durum da nəzərə alınır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində bir qrup Azərbaycan vətəndaşının çadırlarda qalmasına münasibət bildirərkən söyləyib.

H.Hacıyev deyib ki, son günlər ölkədə yoluxma halları artır: “Bu insanlarla təmasda olanlar da müəyyənləşdirilərək karantin zonalarında yerləşdirilməlidir. Bu da karantin yerlərinin imkanlarını məhdudlaşdırılır”.

H.Hacıyev qeyd edib ki, Rusiyadan qayıdışla bağlı “Evə gəlirəm” portalı fəaliyyət göstərir: “Qayıdış üçün iki ölkənin dövlət orqanları əlaqəli çalışmalı, sanitar-epidemioloji hazırlıq görülməlidir. Sonuncu dəfə Rusiyadan 540 vətəndaşımız ölkəyə gətirilib. Dağıstanda olan vətəndaşlarımızla bağlı da Rusiya tərəfi ilə ünsiyyətdəyik. Vətəndaşlarımıza tövsiyəmiz odur ki, sərhədə toplaşmaq çıxış yolu deyil. İnsanların fərdi hərəkət azadlığında da müəyyən məhdudiyyətlər olmalıdır. Rusiyanın aidiyyəti qurumları ilə əməkdaşlığımız davam edir. Portalda müəyyən edilmiş qrafik və karantin zonaların imkanları da nəzərə alınmaqla, qayıdış prosesi davam edir. Digər ölkələrdəki xəstələr, qocalar, yaşlılar da nəzərə alınmaqla, proses həyata keçirilir”.