XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 23:55

Dünyada koronavirus:yoluxanların sayı 4 170 424 nəfərə çatıb

Dünyada koronavirusa yoluxanların sayı 4 170 424 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son bir gün ərzində dünyada koronavirusa daha 81 577 yoluxma qeydə alınıb, COVID-19-dan ölənlərin sayı 287 399 nəfərdir. Son bir gün COVID-19-dan ölənlərin sayı daha 4 245 nəfər artıb.

Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb.

Köhnə qitədə yeni virus 1 780 316 nəfərdə aşkarlansa da, Amerika qitəsində bu rəqəm 1 781 564 nəfər təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb/Report.