XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 12:56

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı –Koronavirusa görə

Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə – iyunun 13-dək uzadılıb.

“Sputnik Ermənistan” xəbər verir ki, bununla bağlı qərar hökumətin mayın 14-də keçirilən iclasında qəbul edilib.

Fövqəladə vəziyyət rejimi yeni növ koronavirusa yoluxma hallarının sayının kifayət qədər çox yüksək səviyyədə qalması səbəbindən uzadılıb.

Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda təsdiqlənmiş yoluxma hallarının sayı 3 860-a çatıb, 49 nəfər virusun qurbanı olub/Report.