XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 May 2020 - 15:34

Ermənistanın səhiyyə naziri özünü təcrid etdi –Koronavirus şübhəsi ilə

Ermənistanın səhiyyə naziri Arsen Torosyan koronavirusa görə özünü təcrid edib.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib.

“Nazirlikdə koronavirus faktı aşkarlanıb. Təmasların miqyası dəqiqləşdirilir. Nazir Armen Torosyan isə özünütəcrid edib, analiz verib. Cavab gözləyirik”, – mətbuat katibi deyib.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 3 860-a, qurbanların sayı isə 49-a çatıb.

Bildirilib ki, ölkədə indiyədək 1 572 nəfər bu infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 218 aktiv koronavirus xəstəsi var/Report.