XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 16:13

Rusiyanın Mədəniyyət naziri koronavirusdan sağaldı:"Olqa Borisovna artıq işdədir"

Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova yeni növ koronavirusdan (COVID-19) sağalıb.

Bu barədə nazirin mətbuat katibi Аnna Usaçeva bildirib.

“Həkimlər onun işə çıxmasına icazə veriblər. Olqa Borisovna artıq işdədir və özünü yaxşı hiss edir. Xoşbəxtlikdən xəstəlik yüngül keçdi”, – deyə A. Usaçeva deyib.

Mətbuat katibi qeyd edib ki, O. Lyubimova evdə müalicə olunduğu müddətdə nazirliyin bütün şöbələri ilə daimi əlaqədə olub.

Qeyd edək ki, Mədəniyyət nazirinin koronavirusa yoluxması mayın 6-da məlum olub/APA.