XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 16:43

Gürcüstanda izdihamlı toylar qadağan olunacaq –Rəsmi açıqlama

Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması üçün izdihamlı məclislər qadağan olunacaq.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan sakinləri bəzi adətlərdən imtina etməli olacaqlar: “Bu il koronavirusla birgə yaşamaq o deməkdir ki, biz bir sıra yaxşı adətlərimizdən imtina etməliyik. Biz, xüsusən də payızda izdihamlı toy məclisləri və çoxsaylı qonaqların iştirakı ilə doğum günləri qeyd etməyi sevirik. Görünür ki, bu il biz bu adətlərdən imtina etməli olacağıq”/Report.