XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 22:39

AMEA:"Magistrantların dissertasiya işlərinin müdafiəsi ənənəvi yolla aparılacaq"

“Magistrantlar üçün imtahan sessiyası və dissertasiya işlərinin müdafiəsi pandemiya ilə əlaqədar preventiv tədbirlər, sosial məsafənin gözlənilməsi ilə tələb nəzərə alınmaqla ənənəvi yolla aparılacaq”.

Bunu AMEA Rəyasət Heyəti Aparatının Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə keçirilən onlayn görüşdə deyib.

AMEA-nın Elm və təhsil idarəsinin rəis müavini Hüseyn Hüseynov magistrantların aralıq qiymətləndirilməsinin 31 may 2020-ci il tarixində başa çatdırılmasının önəminə toxunub. O, distant təhsil sahəsində əldə edilən təcrübəni yüksək qiymətləndirərək, onlayn rejimdə keçirilən sərbəst işlərin və kollokviumların, o cümlədən seminar qiymətlərinin imtahanqabağı bal cədvəlində nəzərə alınmasının zəruriliyini qeyd edib/Trend.