XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 15:48

Bakıda üzərində odlu silah gəzdirən şəxs tutuldu –DİN

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü, Sabunuçu rayonu, Nardaran qəsəbə sakini Samir Babayev müəyyən olunaraq saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələrlə məhkum olunan şübhəli şəxsin üzərinə baxış zamanı 1 ədəd “Rovolver” (Naqan) markalı atəşə yararlı tapança, 6 ədəd həmin silaha məxsus patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxs silah-sursatın ona baba yadigarı olduğunu bildirməklə, polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib. Bir-birinə zidd ifadələr verən Samir Babayev sonda silahı satmaq üçün müştəri axtardığını bildirib.

Faktla bağlı başlanmış cinayət işi şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.