XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2016 - 20:01

Azərbaycan-Türkiyə hərbi “TURAZ Şahini – 2016” təlimlərinə start verildi

turaz

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, keçirilən “TURAZ Şahini – 2016” taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, brifinqdə çıxış edən general-leytenant Haluk Şahar təlim iştirakçılarını salamlayıb. O, çıxışının əvvəlində Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarını xatırladaraq keçirilən təlimlərin hər iki dövlətin Silahlı Qüvvələrinin tarixində önəmli rol oynadığını vurğulayıb.

Sonra “TURAZ Şahini-2016” təlimlərinin açılış brifinqi təqdim olunub, vəzifələrin mahiyyəti və tapşırıqların icrası ilə bağlı təlimatlar iştirakçılara çatdırılıb.

Təlimlərin məqsədi beynəlxalq manevr üsullarına uyğun olaraq qarşıya qoyulan vəzifələri icra etmək, sistem fərqlilikləri olan təyyarələrin birlikdə təhlükəsiz uçuş qaydalarını dərindən öyrənmək, vəzifələrin planlaşdırılması, həyata keçirilmə metodları, hava-hava, hava-yer atışlarında təcrübə mübadiləsini və iki ölkənin hərbi hava qüvvələri arasındakı əlaqələrin inkişafını təmin etməkdir.

Uçuşlar zamanı tapşırıqların asandan çətinə doğru artırılması planlaşdırılıb.