XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 16:34

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edilib

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bildirib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru Rəhim Səfərəliyev tutduğu vəzifədən azad olunaraq ona Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinin icrası həvalə olunub.

E.Sultanov həmçinin qeyd edib ki, R.Səfərəliyev 1992–2013-cü illərdə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində müxtəlif vəzifələrdə, 2013-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məsləhətçi və sektor müdiri, 2015-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.