XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

17 May 2020 - 10:35

İsraildə koronavirus:yoluxanların sayı 16,6 mini keçib

İsraildə son sutka ərzində 19 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 16 608-ə çatıb. Daha iki koronaviruslu xəstə isə dünyasını dəyişib. İndiyədək 268 nəfər virusdan ölüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 3485 (-34) koronavirusa yoluxmuş xəstə var, onlardan 59-u ağır vəziyyətdədir, 49 xəstə isə süni tənəffüs aparatına qoşulub. Ümumilikdə 12 855 nəfər sağalıb. /APA