XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 09:32

Nərgiz Yaqublunun oğlundan xəbər var

Nərgiz Yaqublunun körpə oğlundan xəbər var

Aprelin 23-də dünyasını dəyişən Nərgiz Yaqublunun övladı Kənan Tomskda yaşayır, durumu yaxşıdır .

“Nərgizin oğlu artıq palataya köçürülüb. Yaxşılaşır, böyüyür, çəkisi artır. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında aprelin 23-də ağır xəstəlikdən Tomskda vəfat edən gənc fəal Nərgiz Yaqublunun bacısı Nigar Yaqublu deyir.
Nigarın sözlərinə görə, körpəyə Nərgizin seçdiyi adı qoyublar: “Nərgiz Kənan adını çox bəyənirdi. Körpənin cinsiyyəti bəlli olandan sonra deyirdi ki, bu adı qoyacaq. Atası artıq adı rəsmiləşdirib”.
Həkimlərin ailəyə verdiyi bilgiyə görə, yarımçıq doğulan körpənin inkişafı normal gedir. Aprelin 15-də 7 aylıq 1 kq 160 qr doğulan körpənin çəkisi indi 1,5 kiloqramdır: “Küvezdən (yeni doğulmuşların içərisində saxlandığı xüsusi aparat – red.) çıxarıldıqdan sonra ağ ciyərləri də, digər orqanları da sərbəst çalışır. Hələlik çənə sümükləri möhkəmlənmədiyi üçün süni yolla qidalanır. çəkisində gündə 20-50 qram artım olur”.
Körpənin problemləri yalnız yarımçıq doğulması ilə bağlıdır. Aparılan çoxsaylı analizlər anasının xəstəliyinin körpəyə keçmədiyini göstərib. Yaqublu ailəsindən onu da bildirirlər ki, körpə atasının ailəsi ilə Tomska yaşayacaq.