XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 09:33

Şantaj, yoxsa… – Azərbaycanda telejurnalist özünə qəsd etdi

Azərbaycanda telejurnalist Səbinə Həşımova özünü öldürməyə cəhd göstərib.

Bu barədə Strateq.az-a jurnalistin yaxın dostları məlumat veriblər. Onların sözlərinə görə, jurnalist çoxlu həb içməklə canına qıymaq istəsə də, ailə üzvləri onu xəstəxanaya vaxtında çatdıra biliblər: “Həkimlər proflaktik tədbirlər görüblər, Səbinənin həyatını xılas etmək mümkün olub”.

Jurnalistin özünə qəsd etməsinin səbəbinə gəlincə, onun yaxın qohumları tərəfindən sıxışdırıldığı bildirillir: “Xalası qızının əri Səbinəni polisə verib, barəsində cinayət işi açdırıb, tutdurmaq istəyir. Dünən o, bununla bağlı Mehriban Əliyevaya rəsmi müraciət edərək, şantajla üzləşdiyini və ona kömək edilməsini istəyib”.

Qeyd edək ki, Həşimova Səbinə İsmayıl qızı 2003- cü ildən Trend Life.az İnformasiya agentliyində, ATV, Lider, Xəzər telekanallarında jurnalist olaraq çalışıb.

Strateq.az