XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 May 2020 - 22:11

Gürcüstanda koronavirus:sağalan şəxs yenidən yoluxdu

Gürcüstanda koronavirusdan sağalan şəxsin yenidən yoluxması ilə bağlı ilk fakt qeydə alınıb.

Məlumata görə, Saçxere rayonunda COVID-19-dan müalicə olunaraq sağalan pasiyentdə koronavirus təsdiqlənib.

Həmin şəxs bir neçə həftə öncə xəstəlikdən sağalıb və özünütəcriddə olub. Bu yaxınlarda gənc kişidə yenidən simptomlar yaranıb. Laborator araşdırma zamanı ona təkrarən koronavirus diaqnozu qoyulub.

Qeyd edək ki, indiyədək qonşu ölkədə COVID-19-a 702 nəfər yoluxub. Onların 456-sı sağalıb, 12-si isə dünyasını dəyişib/Report.