XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Mart 2016 - 11:52

Rövnəq Abdullayev yenidənfederasiya prezidenti seçildi

rovneq

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib. 

Açıq səsvermə yolu ilə hazırkı prezident Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə Federasiyaya rəhbərlik edəcək.

Onu da qeyd edək ki, R.Abdullayev prezident postuna yeganə namizəd olub.

Yeni seçilmiş Federasiya prezidenti ona etimad göstərənlərə minnətdarlığını bildirib: "Çalışacağam ki, bu etimadı doğruldum. Azərbaycanlı futbolsevərlərin istədiyi şəkildə futbolu inkişaf etdirməyə çalışacağıq. Əsas məqsədimiz AVRO-2020-də Azərbaycan millisinin iştirakını təmin etməkdir".

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində calışır. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.

Report