XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 10:02

Beynəlxalq Olimpiya Komitəsi:"Tokio-2020" gələn il keçirilməsə, ləğv ediləcək"

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunları 2021-ci ilin yayında keçirilməyəcəyi təqdirdə, ləğv ediləcək. 

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax BBC-yə açıqlamasında deyib. Funksioner bildirib ki, yarışın vaxtını dəyişmək və Oyunların Təşkilat Komitəsində bir neçə min insanı işə götürmək mümkün deyil.

Bax hər il dünyada beynəlxalq federasiyaların iş qrafikini dəyişməyin mümkünsüz olduğunu söyləyib: “Fərqli ssenarilərə hazır olmalıyıq. Tokio-2020 gələn ilin iyulunda olacaq, lakin təhlükəsiz mühitin təşkili üçün əlavə tədbirlər tələb oluna bilər. İdmançılar və olimpiadanın digər iştirakçıları üçün karantin tələb oluna bilər”.

Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul – 8 avqusta keçirilib/Report.