XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 17:34

Miloş Zeman Prezident İlham Əliyevə məktub göndərib –Təbrik

Çex Respublikasının Prezidenti Miloş Zeman Prezident İlham Əliyevə məktub göndərib.

Strateq.az həmin məktubun mətnini təqdim edir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası və Azərbaycan Respublikası arasındakı möhtəşəm əlaqələri yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin tezliklə Çex Respublikasına səfəriniz olacaq və bu səfər bütün sahələrdə əməkdaşlığımızın gələcək inkişafına töhfə verəcək.

Zati-aliləri, Sizə uğurlar və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram”.