XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 20:01

AVRO-2020:daha bir ölkə UEFA-ya təminat verdi

Azərbaycandan sonra Rumıniya da AVRO-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Məlumata görə, bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə – Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı “Uembli” stadionunda 7 oyunun, o cümlədən yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib/Report.