XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 22:02

Milli parklar iyunun 1-dən ziyarətçilər üçün açıla bilər- Nazirdən açıqlama

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi ilə bağlı yumşalma tədbirləri davam edərsə, iyunun 1-dən milli parklar ziyarətçilər üçün açılacaq.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Nazir xatırladıb ki, mart ayından – karantin tədbirləri tətbiq olunduğu vaxtdan Milli parklar ziyarətçilər üçün bağlanıb.