XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 10:58

“VII Dost ölkələrin mədəniyyət yarmarkası” – Ermənilər təxribat etdi, səfirliyimiz aradan qaldırdı
Meksikanın paytaxtı Mexiko şəhərində 2015-ci ilin 14-24 may tarixlərində “VII Dost ölkələrin mədəniyyət yarmarkası” (Feria de las Culturas Amigas) keçirilir.
Azərbaycanın Meksikadakı Səfirliyindən Strateq.az-a daxil olan məlumata görə, Mexiko şəhər rəhbərliyinin təşkilatçılığı ilə təşkil olunmuş Yarmarkanın məqsədi, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər tərəfindən öz ölkələrinin mədəniyyətinin təbliği və tanıtdırılması, həmçinin Meksikada müxtəlif yerli və Avropa mənşəli mədəniyyətlərin birgə mövcudluğu və rəngarəngliyin dünya ictimaiyyətinə nümayiş etdirilməsidir:
“Mədəniyyət yarmarkasında, AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Meksikadakı Səfirliyi də təmsil olunur. Yarmarka Mexiko şəhərinin ən böyük meydanı, Tarixi Mərkəz olaraq adlandırılan “Zocalo” meydanında təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən Yarmarkada 94 ölkənin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Həmçinin bildirilmişdir ki, tədbir günləri ərzində milyonlarla şəhər sakini və turistlər beynəlxalq sərgiləri ziyarət edəcəkdir”.
Tədbir zamanı Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, adət-ənənələri, Bakıda keçiriləcək Birinci Avropa Oyunları haqda məlumatlarla yanaşı, həmçinin ölkəmiz haqda məlumatlar və videoçarxlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə xəritələr nümayiş etdirilir və broşürlar paylanılır. Həmçinin, müxtəlif növ Azərbaycan xalçaları, üzərində “Azərbaycan – Odlar diyarı” yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, habelə müxtəlif milli yemək və şirniyyat növləri ziyarətçilərə təqdim edilir.
Qeyd etmək lazımdır ki, sözügedən Yarmarkanı ziyarətə gəlmiş Mexiko şəhər sakinləri və çoxsaylı turistlər tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir, Azərbaycan Səfirliyinin təqdim etdiyi sərgi ziyarətçilərin diqqət mərkəzində yer alır.
Məlumatda o da bildirlir ki, yarmarkanın ilk günü Ermənistan üçün ayrılmış ərazidə dırnaqarası “Böyük Ermənistan”ı əks etdirən xəritə yer alıb. Ancaq Azərbaycan səfirliyinin səyləri nəticəsində xəritə təşkilatçılar tərəfindən götürülüb.
Strateq.az