XƏBƏR LENTİ

03 Avqust 2020

Digər Xəbərlər

22 May 2020 - 16:59

Ödənişsiz onlayn sınaq imtahanlarına yazılış sayı 100 mini keçib –DİM

Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.

Strateq.az DİM-ə istinadla xəbər verir ki, hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 34585 istifadəçi tərəfindən 100708 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

Qeyd eilib ki, portalda 4-cü sinifdən başlayaraq fənlər və siniflər üzrə məktəb dərsliklərində keçilən mövzuların da mənimsənilmə səviyyəsini yoxlamaq üçün onlayn sınaq imtahanları vermək mümkündür: “Fənlər və siniflər üzrə sınaq imtahanlarına yazılmaqla şagirdlər seçdikləri sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə biliklərini ayrı-ayrılıqda yoxlaya bilərlər. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür”.