XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

22 May 2020 - 21:04

Bakının ictimai iaşə dövriyyəsi 27%-dən çox azalıb –Statistika İdarəsi

Bu ilin yanvar-aprel aylarında Bakının ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,5% azalaraq 207,6 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsinin verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 58,9%-i hüquqi şəxs statuslu müəssisələrin, 41,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azalaraq 123,5 mln. manat olmuşdur.