XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

23 May 2020 - 21:26

Azərbaycana gətirilən tibbi maska və əlcəklər gömrük rüsumundan azad edilib- Daha bir ay müddətinə

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

Nazirlər Kabineti bununla bağlı “ “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Bu müddət iyunun 1-dən  iyulun 1-dək uzadılıb/APA.