XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

24 May 2020 - 10:17

Qazaxıstanda koronavirus:yoluxanların sayı 8,3 mini ötdü

Qazaxıstanda 403 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Fövqəladə Halların Təminatı üzrə Dövlət Komissiyası yanında Operativ Qərargahı bildirib.

Qeyd edilir ki, bununla da koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 8 322-yə çatıb.

Koronavirusa ən çox yoluxma ölkənin Almatı şəhərində qeydə alınıb. Burada 2 164 yoluxma aşkarlanıb.

Qərargahın məlumatına görə, koronavirusdan ölüm hallarının ümumi sayı 35 təşkil edir. Qazaxıstanda koronavirusa yoluxmuş 4214pasiyent sağalıb. /Report