XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

24 May 2020 - 11:01

Honkonqda aksiya keçirilib –Səbəb

Bu gün Honkonqun Koxuey-Bey rayonunda aksiya keçirilib.

Aksiya iştirakçıları cümə günü Honkonqun milli təhlükəsizliyinin müdafiəsi mexanizmi barədə qanun layihəsinin Çin parlamentinin gündəliyinə daxil edilməsinə etiraz ediblər.

Polis 100-dən çox insanın qatıldığı aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.

Qeyd edək ki, Çin Honkonqun milli təhlükəsizliyinin müdafiəsi mexanizmi barədə qanun layihəsini Honkonq parlamentinin razılığı olmadan qəbul etməyə hazırlaşır. Honkonqda müxalif qüvvələr isə hesab edir ki, bu, “Bir ölkə-iki sistem” prinsipinə ziddir. /APA