XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

24 May 2020 - 11:34

Ağdaşda minik avtomobili ağaca çırpılıb:ölən var

Аğdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gərayev Niyaz Nizam oğlu “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  /APA