XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2020 - 14:21

İranda koronavirus:ölənlərin sayı 7417 nəfərə çatıb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 58 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da İrandan koronavirusdan ölənlərin sayı 7417 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2180 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 135701 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 105801 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2615 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. /APA